Polşadan Minskə sərt addım

Dünya

03.07.2024 11:58

1734

Polşa və Belarus sərhədindəki gömrük terminalında ciddi nəzarət tətbiq olunacaq. 

TodayPress xəbər verir ki, bu barədə “RMF FM” nəşri məlumat yayıb.

Söhbət Lyublin Voyevodalığının Malaşeviç terminalından gedir. 

Polşa tərəfi terminala Belarusdan daxil olan malların hərtərəfli yoxlanışını həyata keçirmək qərarına gəlib. Bildirilib ki, yoxlamaların məqsədi təhlükəli obyektlərin və maddələrin Aİ-yə daxil olmasının qarşısını almaqdır. 

Polşa diplomatları bunu “Minskə qarşı sərt addım” kimi qiymətəndiriblər.  

Belarus hələ ki, məsələyə rəsmi münasibət bildirməyib.

Günəş Mərd

tag: Polşa, Minsk, Belarus, Lyublin Voyevodallıq, Diplomatlar, Münasibət, todaypress.az,