Polşada güclü partlayış və yanğın olub: Yaralı və itkin düşənlər var
Dünya
25.08.2024 15:16
Polşanın Poznan şəhərində güclü yanğın və partlayış baş verib. Hadisə nəticəsində çoxlu sayda yaralanan və itkin düşənlər var.
TodayPress xəbər verir ki, bu barədə “RMF24” məlumat yayıb.
Qeyd olunub ki, yanğın əvvəlcə evin zirzəmisində baş verib.
Hadisə yerinə yanğınsöndürənlər gəlib. Xilasetmə əməliyyatları zamanı evdə partlayış baş verib.Zərbənin gücündən yanğınsöndürən maşınlara ziyan dəyib.
Partlayışdan sonra alov tez bir zamanda bütün mərtəbələri bürüyüb və qonşu hündürmərtəbəli binanın damına da keçib. Yanan binadan 20 sakin və qonşu binalardan 100 nəfər təxliyə edilib.
Mətbuat zirzəmidə qaz balonunun partladığını yazsa da, yanğınsöndürənlər bu məlumatı təsdiqləməyiblər.
Yanğın zamanı 11 yanğınsöndürən və üç yoldan keçən şəxs olmaqla 14 nəfər xəsarət alıb. İki xilasedici itkin düşüb.
Günəş Mərd
tag: Polşa,yanğın,hadisə,qaz balonu,yaralı,