Polşada Donald Tuskun partiyasına dəstək azaldı
Dünya
11.10.2024 17:40
Donald Tuskun rəhbərliyi altında keçirilən parlament seçkilərindən bir il sonra Polşa hökuməti öz mövqeyini möhkəmlədə bilməyib.
TodayPress xəbər verir ki, bunu “Opinia24” tədqiqat mərkəzinin keçirdiyi son sorğunun nəticələri göstərir.
Məlumata görə, hazırda Donald Tuskun “Vətəndaş” koalisiyası polşalıların 35,3 faizinin, Yaroslav Kaçinskinin müxalif “Hüquq və Ədalət” partiyası 33,5 faizinin, “Avroskeptiklər Konfederasiyası” 12,5 faizinin, “Üçüncü yol” birliyi 7,1 faizinin, yeni solçular isə 5,9 faizinin dəstəyinə malikdir.
Beləliklə, seçkilərin indi keçiriləcəyi təqdirdə Donald Tuskun solçular və “Üçüncü Yol” birliyi ilə hazırkı hakim koalisiyası Seymdə cəmi 218 yer əldə edəcəkdi.
“Hüquq və Ədalət” partiyası isə konfederasiya ilə ittifaqda 242 yer qazanaraq çoxluğa yiyələnə bilərdi. Oktyabrın 7-9-da telefon vasitəsilə keçirilən sorğuda min nəfər iştirak edib.
tag: Polşa,Donald Tusk,Solçu,Reytinq,Todaypress.az,