Polşada çökən mədəndə bir nəfər öldü, bir nəfər itkin düşdü

Dünya

12.07.2024 00:25

Polşanın cənubunda baş verən zəlzələdən sonra Rydultuv mədəninin çökməsi nəticəsində bir şaxtaçı ölüb, digəri isə hələ də dağıntılar altında qalıb.

TodayPress xəbər verir ki, bu barədə mədən sahibi “PGG” məlumat yayıb.

“PGG” nümayəndələri daha əvvəl mədənçilərdən birinin səthə çıxarıldığını bildirsələr də, onun vəziyyəti ilə bağlı heç bir təfərrüat verməyiblər.

Baş direktor televiziya ilə mətbuat konfransı zamanı bildirib ki, daha əvvəl təxminən 76 mədənçi səthə çıxarılıb və ağır yaralanan 17 nəfər yaxınlıqdakı xəstəxanalara aparılıb.

Nəzrin Cavadzadə

tag: Polşa , Mədən, PGG, Zəlzələ, todaypress.az,