Polşa XİN Rusiyanı ittiham etdi

Dünya

20.10.2024 09:55

2887

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanı Suriya həbsxanalarında insanları işə götürməkdə və sonra onları Polşaya və Avropa Birliyinə göndərməkdə ittiham edib.   

TodayPress xəbər verir ki, o , İtaliyanın “LA7” telekanalına bildirib. 

“Biz bundan şübhələnmirik. Biz bilirik ki, ruslar Suriya həbsxanalarından adamlar toplayır, onları Rusiya və Belarusa gətirir, sonra isə zorla Polşaya və beləliklə də Aİ-yə göndərirlər” Sikorski bildirib. 

O qeyd edib ki, Polşa bununla əlaqədar olaraq, yalnız Polşa-Belarus sərhədində bu mütəşəkkil qrupları sığınacaq üçün müraciət etmək hüququndan məhrum edə biləcək.   

Eyni zamanda, XİN rəhbəri qeyd edib ki, Moskva və Minskdə sığınacaq üçün müraciət etmək hələ də mümkün olacaq. 

Xatırladaq ki, oktyabrın 18-də Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen Aİ sammitində bildirmişdi ki, miqrantların Polşa, Finlandiya və Baltikyanı ölkələrə axını Rusiya və Belarusun hibrid hücumudur. 

Günəş Mərd 

tag: Polşa,Belarus,XİN,Moskva,Todaypress.az,