Polşa XİN rəhbəri: “Moskva hökmranlıq arzularını unutsun”

Dünya

23.04.2025 14:55

5

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanı Ukraynaya qarşı təcavüzə və bölgədə sabitliyi pozan siyasətinə görə sərt tənqid edib.   

TodayPress xəbər verir ki, bu barədə "PAP" agentliyi məlumat yayıb. 

O, Moskvanın beynəlxalq hüququ pozduğunu vurğulayaraq, Rusiyanın Ukraynada törətdiyi cinayətlərə görə hüquqi və maliyyə məsuliyyəti daşımalı olduğunu bildirib. 

Sikorski əlavə edib ki, Moskva artıq Kiyev, Vilnüs, Riqa, Tallin və Kişinyovda hökmranlıq edə bilməz.   

“Bizim məqsədimiz kövrək atəşkəs deyil, BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan davamlı və ədalətli sülhdür. Yalnız güc vasitəsilə əldə olunan sülhə Rusiya hörmət edəcək” deyə o əlavə edib.   

Türkan İsgəndərli

tag: Polşa,XİN,Rusiya,Putin,Todaypress.az,