Polşa XİN Macarıstan səfirini mərasimə dəvət etmədi
Dünya
03.01.2025 14:53
Polşanın xarici işlər naziri Radoslav Sikorski Macarıstanın Varşavadakı səfirini Polşanın Aİ Şurasına sədrliyinin başlanması münasibətilə keçiriləcək mərasimə dəvət etməmək qərarına gəlib.
TodayPress xəbər verir ki, bunu Avropa İttifaqı məsələləri üzrə nazirin müavini Maqdalena Sobkovyak-Çarneçka “TVP Info”ya bildirib.
“Biz bütün diplomatik korpusu dəvət etdik, lakin cənab nazir Sikorski Macarıstan səfirinə nota göndərdi ki, onun iştirakı arzuolunmazdır”.
Bundan əlavə, Macarıstanın baş naziri Viktor Orban da tədbirdə olmayacaq, deyə o əlavə edib.
Günəş Mərd
tag: Polşa, Macarıstan ,Avropa ,İttifaq, todaypress.az,