Polşa və Britaniya Rusiyaya qarşı pakt imzalayacaqlar
Dünya
17.01.2025 12:59
Polşa və Britaniya səlahiyyətliləri Rusiyanı nəzarət altına almaq bəndini ehtiva edən pakt bağlayacaqlar. Bu Böyük Britaniyanın Baş naziri Kir Starmerin Varşavaya gözlənilən səfəri zamanı baş tutacaq.
TodayPress xəbər verir ki, bu barədə “Politico Europe”də məqalə dərc edib.
Məqalədə deyilir:
“Böyük Britaniyanın Avropa ilə münasibətlərinin daha geniş şəkildə yenidən qurulmasının əsas elementi olacaq və Fransa və Almaniya ilə son razılaşmalara əsaslanacaq müqavilənin razılaşdırılması üçün bu ay danışıqlar başlayacaq”.
Nəşrin yazdığına görə, Polşa və Böyük Britaniya birgə müdafiə layihələrini fəal şəkildə həyata keçirirlər. Bundan əlavə, tərəflər hava hücumundan müdafiə sisteminin tətbiqi üçün də tədbirlər görür.
Günəş Mərd
tag: Britaniya, Polşa ,Rusiya, Pakt, todaypress.az,