Polşa Ukraynaya sursatın alınması üçün 50 milyon ayırdı

Dünya

29.07.2024 13:11

“Polşa Ukrayna üçün artilleriya sursatının alınmasına 50 milyon avro ayırıb”’.

TodayPress xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski  müsahibəsində deyib.

O, qeyd edib ki, Polşa və Çexiya Ukraynaya kömək etmək niyyətindədir, lakin Slovakiya neytral mövqeyə keçib və Macarıstan da bu yoldadır. 

Qeyd edək ki, may ayında Çexiya Xarici İşlər Nazirliyi Ukrayna üçün sursat almağın olduqca mühüm olduğunu və bu istiqamətdə müsbət irəliləyişlərin olduğunu bildirmişdi.  

Günəş Mərd

tag: Polşa, Ukrayna, Çexiya, Silah, Radoslav Sikorski, todaypress.az,