Polşa Ukraynaya qoşun göndərməkdən imtina etdi
Dünya
12.12.2024 18:09
Polşanın baş naziri Donald Tusk Fransa prezidenti Emmanuel Makrona atəşkəsdən sonra belə Polşa qoşunlarının Ukraynaya girməyəcəyini deyib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” yazıb.
"Biz hələ bunu planlaşdırmırıq" deyə baş nazir bildirib.
Tusk qeyd edib ki, o, atəşkəsdən sonra Avropa ölkələrinin yenidən münaqişədən qorunmasına kömək edəcək məsələlərdə əməkdaşlığa hazırdır.
Günəş Mərd
tag: Avropa ,Polşa ,Ukrayna ,Qoşun ,todaypress.az,