Polşa Ukraynaya mindən çox hərbi texnika göndərdi
Dünya
26.08.2024 17:43
“Silahlı qarşıdurma zamanı Polşa Ukraynaya mindən çox müxtəlif hərbi texnika - tanklar, təyyarələr, zirehli personal daşıyıcıları və özüyeriyən silahlar göndərib”.
TodayPress xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Ukraynaya səfərindən sonra bildirib.
O, Ukraynaya göstərilən yardımı təqribən 100 milyard zlotı (təxminən 25,9 milyard ABŞ dolları) qiymətləndirib ki, bunun da 12 milyard zlotı (təxminən 3,1 milyard dollar) hərbi texnikanın tədarükünə xərclənib.
Töhfə Səməd
tag: Polşa, Ukrayna, Anjey Duda ,Yardım,ABŞ, todaypress.az,