Polşa Ukraynanın cəbhədə uğur qazana bilmədiyini etiraf etdi
Dünya
13.12.2024 18:54
"Hazırda Ukrayna münaqişə zamanı itirdiyi əraziləri geri qaytara bilmir".
TodayPress xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun (BNB) rəhbəri Yaçek Severa "Polskie Radiosu"nun efirində bildirib.
Severanın sözlərinə görə, hazırda Rusiyanın işğal etdiyi ərazilərin Ukraynaya qaytarılması mümkün deyil.
BNB rəhbəri etiraf edib ki, 2025-ci ildə Moskva və Kiyev müvəqqəti atəşkəs əldə edəcəklər.
Eyni zamanda, o, davamlı atəşkəs haqqında razılaşmanın qeyri-müəyyən perspektivi təmsil etdiyini vurğulayıb.
Töhfə Səməd
tag: Polşa, Rusiya, Ukrayna, Səsvermə, todaypress.az,