Polşa Ukraynanın bərpası ilə bağlı konfrans keçirməyə hazırdır

Dünya

15.01.2025 19:40

Polşa Ukraynanın müharibədən sonrakı bərpasına dair 3-cü beynəlxalq konfransa ev sahibliyi etməyə hazırdır. 

TodayPress “TVP İnfo”ya istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib. 

“Biz Ukraynanın bərpası ilə bağlı üçüncü sammiti təşkil etməyə hazırıq. Ümid edirəm ki, biz birlikdə tərəfdaşlarımızı Polşanın bu prosesdə düzgün tərəfdaş olduğuna inandıracağıq” deyə hökumət başçısı Varşavada Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqların yekunlarına dair konfransda deyib.  

Qeyd edək ki, bundan əvvəl sözügedən konfransda Zelenski demişdi ki, Ukraynanın müstəqilliyi Polşa və digər Avropa ölkələrinin müstəqilliyi üçün şərtdir.

Günəş Mərd

tag: Ukrayna ,Polşa, Donald, Konfrans, todaypress.az,