Polşa Ukraynanı yarı yolda qoydu

Dünya

19.09.2024 13:50

Polşanın Ukrayna üçün elektrik enerjisi istehsalı layihəsi hələ də həyata keçirilməyə başlanmayıb, əslində o, donmuş vəziyyətdədir. 

TodayPress xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyi məlumat yayıb.

Bildirilib ki, kömürdən istifadə etməklə Polşanın istilik elektrik stansiyalarında (İES) Ukrayna üçün elektrik enerjisi istehsalının mümkünlüyü iyul ayında Polşanın baş naziri Donald Tusk tərəfindən elan edilmişdi. 

Ukrayna mənbələri bildirib ki, ideyanın həyata keçirilməsi şansı demək olar ki, yoxdur. Texniki və siyasi baxımdan, həm də yeni xəttin qurulması zərurəti nəzərə alınmaqla bu heç də mümkün görünmür. Bundan başqa, Avropa Komissiyasının zərərli emissiyalara görə vergini ləğv edəcəyi ehtimalı da olduqca azdır. Həmçinin elektrik enerjisi təchizatını hədəfləmək üçün dövlətlərarası keçidlərə giriş qaydaları dəyişdirilməlidir. Bundan əlavə, Polşa tərəfi Kiyevə elektrik enerjisini ucuz qiymətə satmayacağını bəyan edib.

“RBK-Ukrayna” qeyd edir ki, Tuskun irəli sürdüyü təklif ilk növbədə Polşanın özü üçün faydalıdır, çünki bu, ölkədə kömür istehsalını artıracaq. 

Töhfə Səməd

tag: Polşa, Ukrayna ,Kiyev, Tusk,Baş Nazir, todaypress.az,