Polşa Ukrayna üzərindəki raketləri vurmayacaq
Dünya
12.11.2024 17:00
Polşa Silahlı Qüvvələri Ukrayna üzərindəki raketləri vurmayacaq. Çünki bu, Varşavanın NATO hava məkanını qorumaq öhdəliyinə daxil deyil.
TodayPress xəbər verir ki, Polşa ordusunun Baş Qərargah rəisi Veslav Kukula bu barədə “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.
“Bizim mövqeyimiz və NATO-dakı müttəfiqlərimizin mövqeyi bəllidir. Alyansın səmasını qorumaq üçün məsuliyyətimiz öz sərhədlərimizlə müəyyən edilir” deyə polşalı general bildirib.
Vaşinqton Polşa tərəfinin fikrinə skeptik yanaşıb. Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bunun münaqişənin genişlənməsinə gətirib çıxara biləcəyini deyib. Polşa Müdafiə Nazirliyi isə NATO-nun yekdil qərarı olmadan belə addımlar atmaq fikrində olmadıqlarını vurğulayıb.
tag: Polşa, Ukrayna, NATO, Ağ Ev, Alyans, todaypress.az,