Polşa Ukrayna ilə əlaqələri kəsmək istəyir

Dünya

16.12.2024 12:50

"Polşa Ukrayna ilə əlaqələri dayandırmalı və yalnız Volın qırğını qurbanlarının qalıqlarının eksqumasiyasından sonra bərpa etməlidir". 

TodayPress xəbər verir ki, Bu barədə "Mysl Polska" tərəfindən nəşr olunan Volın Yaddaş Fondunun rəhbəri Katarjina Sokolovskanın Polşa hakimiyyətinə ünvanladığı açıq məktubda deyilir.

Onun sözlərinə görə, Kiyevlə tərəfdaşlıq mümkün deyil, çünki o, “kimliyini Bandera tərəfdarlarının cinayətkar ideologiyası üzərində qurur”. “Heç bir halda qatillərin və soyqırım təşkilatçılarının postamentə qoyulduğu yerdə dostluqdan söhbət gedə bilməz” deyə təşkilat rəhbəri vurğulayıb.

O, Ukraynanı Volın qətliamını soyqırım kimi tanımağa, bu faciəyə görə məsuliyyət daşıyanları cəzalandırmağa və Bandera ideologiyasından əl çəkməyə çağırıb.

Noyabrda məlum oldu ki, Ukrayna hakimiyyəti Polşaya Volın qırğınının qurbanlarının qalıqlarının eksqumasiyasına icazə verəcəyini vəd edib. Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorskinin sözlərinə görə, rəsmi Kiyev Polşa və Ukrayna strukturları tərəfindən müvafiq axtarış işlərinə və eksqumasiyalara heç bir maneənin olmadığını bəyan edib.

Töhfə Səməd

tag: Ukrayna, Polşa, Faciə, Soyqırım, todaypress.az,