Polşa Trampdan Rusiyaya təzyiqləri artırmağı istədi

Dünya

06.05.2025 19:30

9

Polşa prezidenti Andjey Duda ABŞ Prezidenti Donald Trampa müraciət edərək Rusiyaya və Vladimir Putinə qarşı təzyiqləri gücləndirməyə çağırıb.

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Duda bildirib ki, ABŞ müxtəlif iqtisadi alətlərdən istifadə edərək Rusiyanı müəyyən qaydalara əməl etməyə məcbur edə bilər: 

“Əgər Putini sülhə vadar edə biləcək biri varsa, o da ABŞ prezidentidir. ABŞ prezidentinin Rusiyanı geri çəkilməyə məcbur edəcək vasitələri var. Onların bəziləri çox sərt və radikal ola bilər, xüsusən iqtisadi təzyiqlər. Amma mən düşünürəm ki, Donald Tramp bu addımları ata biləcək gücdədir”.

Qiymət Mahir

tag: Polşa ,Tramp,Rusiya,Andjey Duda,todaypress.az,