Polşa sursat istehsalına milyardlarla sərmayə qoyacaq

Dünya

05.11.2024 16:00

Polşa Rusiyanın hücum təhlükəsini əsas gətirərək iriçaplı sursat istehsalına 3 milyard zloti (təxminən 750 milyon dollar) sərmayə qoyur. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik yeni qanun layihəsinin mətnindən sitat gətirir: 

“Qanun layihəsinin məqsədi silah-sursat istehsal gücünün artırılmasına yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi üçün imkanlar yaratmaqdır”.

Bundan əvvəl məlum olmuşdu ki, Polşa və Baltikyanı ölkələrin hərbçiləri Rusiya ilə mümkün münaqişə vəziyyətində Sankt-Peterburqa hücum etmək barədə düşünürlər.

tag: Polşa, Rusiya, Baltikyanı, Sankt-Peterburq, todaypress.az,