Polşa “Şərq qalxanı” proqramı çərçivəsində 150 ədəd zirehli avtomobil alacaq
Polşa hökuməti “Şərq qalxanı”
proqramı çərçivəsində 150 ədəd zirehli avtomobil alacaq, o cümlədən Rusiya və
Belarusla sərhədlərdə əlavə pilotsuz uçuş aparatları (PUA) yerləşdirəcək.
TodayPress xəbər verir
ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin "X" hesabında
bildirilib.
“Biz 150 ədəd hərbi zirehli avtomobilin alınmasından başlamaqla Silahlı Qüvvələrdəki PUA sayını da artırırıq” məlumatda qeyd olunub.
tag: Polşa, PUA, Şərq qalxanı, Rusiya, todaypress.az,