Polşa Rusiyanın konsulluğunu bağlayır
Polşa Rusiya Federasiyasının Krakov şəhərindəki Baş Konsulluğunun fəaliyyətinə son qoyur.
TodayPress xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski sosial şəbəkə “X” hesabında açıqlama yayıb.
Nazir bildirib ki, konsulluğun bağlanması ilə bağlı qərar 2024-cü ildə Varşavanın Marivilska küçəsində yerləşən ticarət mərkəzində baş verən yanğınla bağlı əldə edilən məlumatlardan sonra verilib.
“Rusiya xüsusi xidmət orqanlarının bu yanğında iştirak etdiyinə dair sübutlar əldə olunub. Bu səbəbdən mən Krakovdakı Rusiya konsulluğunun fəaliyyətinə verilmiş razılığı geri çağırmaq qərarını verdim” deyə Sikorski vurğulayıb.
Qiymət Mahir
tag: Polşa,Rusiya,Krakov,Konsulluq,todaypress.az,