Polşa Rusiyanı hədələdi

Dünya

27.09.2024 09:25

"Nüvə silahından ilk istifadə edən şəxs lənətlənəcək". 

TodayPress Polşanın "PAP" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Polşa prezidenti Andjey Duda Rusiyanın nüvə doktrinasına ediləcək dəyişiklikləri şərh edərkən deyib. 

“Putin də öz generalları kimi yaxşı bilir ki, kim nüvə silahından birinci istifadə edirsə, lənətlənir” deyə Polşa prezidenti bildirib.  

Duda qeyd edib ki, Moskva bu sənəddə uzun illər yazılanları təkrarlayır. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl Rusiyanın nüvə silahından istifadə şərtlərini müəyyən etmək üçün bir sıra dəyişikliklərin edilməsini təklif etmişdi. İndi hər hansı qeyri-nüvə dövləti tərəfindən, lakin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə Rusiya Federasiyasına qarşı təcavüzün birgə hücum kimi qiymətləndirilməsi təklif edilir. 

Günəş Mərd

tag: Rusiya ,Putin ,Moskva ,Polşa ,Nüvə ,todaypress.az,