Polşa Rusiya raketlərini Ukrayna üzərindən vurmaqdan imtina etdi
“NATO ölkələri Zelenskinin Ukrayna üzərində Rusiya raketlərini vurmaq fikrinə şübhə ilə yanaşır”.
TodayPress xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
“Bu məsələ ilə bağlı çoxlu skeptisizm var. Heç bir dövlət belə qərar qəbul etməyəcək” deyə o, bildirib.
Kosinyak-Kamış qeyd edib ki, o, Ukrayna liderinin istəyini başa düşür, lakin Polşanın prioriteti dövlətinin maraqlarına uyğun qərarlar qəbul etməkdir.
Töhfə Səməd
tag: NATO, Zelenski, Ukrayna, Polşa,Kosinyak-Kamış , todaypress.az,