Polşa Rusiya ilə sərhəddə 3,5 min “beton kirpi” quraşdırdı
Dünya
30.11.2024 15:48
Polşanın Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində “Şərq qalxanı” müdafiə istehkam xəttinin birinci hissəsində 3,5 min “beton kirpi” quraşdırılıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Baş naziri Donald Tusk məlumat verib.
O, əlavə edib ki, şərq sərhədinin 300 km-lik hissəsində “bərk infrastruktur”un quraşdırılması planlaşdırılır.
Qeyd edək ki, noyabrın 1-də Tusk “Şərq Qalxanı” proqramı çərçivəsində Polşanın Rusiya ilə sərhəddə müdafiə istehkam xəttinin tikintisinə başladığını elan etmişdi.
Polşa tərəfi layihəni mayın əvvəlində elan edib. İşin dəyəri təxminən 2,5 milyard dollar təşkil edəcək. Tikintinin tamamlanması 2028-ci ilə planlaşdırılır.
Günəş Mərd
tag: Polşa, Rusiya, Tusk, Şərq Qalxanı, Tikinti,todaypress.az,