Polşa prezidenti Ukraynaya gəldi

Dünya

24.08.2024 12:35

Polşa prezidenti Anjey Duda Ukraynaya gəlib.

TodayPress xəbər verir ki, bu barədə Polşa KİV məlumat yayıb.

“Prezident Anjey Dudanın Ukraynaya səfəri başlayıb. O, Ukraynanın müstəqilliyinin 33-cü ildönümünün qeyd edilməsində iştirak edəcək” deyə məlumatda deyilir.

KİV-də Dudanın Kiyevdə qatar vaqonunu tərk edərkən Ukrayna tərəfinin nümayəndələri ilə görüşdüyünü əks etdirən görüntülər dərc olunub.

 

Günəş Mərd

tag: Polşa,Ukrayna,Səfər,Anjey Duda,todaypress.az,