Polşa prezidenti: "Ukraynada sülh yaxındır"
“ABŞ prezidenti Donald Trampın səyləri sayəsində Ukraynada müharibə yaxın aylarda sülh yolu ilə başa çata bilər”.
TodayPress xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda bildirib.
O, Ukraynada “davamlı sülh” istədiyini vurğulayıb. Eyni zamanda, Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, Polşa Ukraynaya qoşun göndərməyəcək, amma bunu etmək istəyən NATO ölkələrini dəstəkləyəcək.
O, əlavə edib ki, Ukraynaya gedən hərbi yardımın 90%-dən çoxu Polşadakı Rzeşov şəhəri vasitəsilə ötürülür.
Türkan İsgəndərli
tag: Anjey Duda,Polşa,Ukrayna,Sülh,Todaypress.az,