Polşa prezidenti: “Ukrayna Varşava ilə razılığa gəlməlidir”

Dünya

24.09.2024 13:51

“Ukraynanın Avropa İttifaqından bloklanması Kremlin siyasətinə uyğundur. Amma Ukrayna Polşa ilə çətin, o cümlədən tarixi məsələlərdə razılaşma tapmalıdır”. 

TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki,  bunu Polşa prezidenti Andjey Duda deyib.

"Varşava ilə Kiyev arasında gərginlik nöqtələri yaratmamaq üçün hərəkət etməyə çalışdım...Bu, asan deyildi, çünki aramızda çətin problemlər var. Amma mən prezident Zelenski ilə də bu məsələləri danışdım” deyə Duda bildirib.

Onun sözlərinə görə, bütün çətin məsələlərdə, o cümlədən tarixi məsələlərdə Varşava ilə razılaşma tapmaq Ukraynanın da xeyrinədir. 

Duda qeyd edib ki, Rusiya Ukraynanın Avropa İttifaqı ilə inteqrasiyasını dayandırmaq üçün ona hücum edib. 

"Əgər kimsə desə ki, Ukraynanın Avropa İttifaqına çıxışını əngəlləyəcəklər, bu, Vladimir Putinin siyasətinə uyğun olacaq" o, vurğulayıb.

Duda eyni zamanda bildirib ki, bu, çətin məsələlərdir, o cümlədən ukraynalıların özlərinin də illərdir bu mövzuda susduqları da nəzərə alınmalıdır.

Günəş Mərd

tag: Prezident, Polşa,Ukrayna ,Avropa İttifaqı ,Putin, todaypress.az,