Polşa müxalifəti Varşavada hökumət əleyhinə mitinq keçirdi
Polşanın ən böyük müxalifət partiyası olan Hüquq və Ədalət (PiS) Varşavanın mərkəzində hökumət əleyhinə mitinq keçirir.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Qeyd olunur ki, etirazçılar Polşanın baş naziri Donald Tuskun rəhbərlik etdiyi hakim koalisiyanın hərəkətlərinə və dövlət mediasının redaksiya siyasətinə qarşı çıxırlar.
Bir neçə min etirazçı Ədliyyə Nazirliyinin binası yaxınlığında toplaşıb. Aksiyaya PiS sədri Yaroslav Kaçinski rəhbərlik edir.
“Bizim etirazımız hakim koalisiyanın fəaliyyətinə qarşı çıxmaqdır. Onlar qanunu pozmaq, miqrasiya paktı qəbul etmək, Almaniya və İtaliyadan olan miqrantları bizim ölkəyə köçürmək istəyirlər. Onlar kilsəyə, polşa dilinə, müstəqilliyimizə hücum edirlər” deyə etirazçılar bildirib.
Kaçinski deyib ki, hazırda onlar demokratiya prinsiplərinin pozulmasına qarşı etiraz edirlər.
Töhfə Səməd
tag: Aksiya ,Polşa ,Varşava ,Donald Tusk ,Ədliyyə Nazirliyi, todaypress.az,