Polşa müdafiə xərclərini artıracaq

Dünya

18.01.2025 15:20

Varşava meri və hakim Vətəndaş Koalisiyası partiyasından Polşa prezidentliyinə namizəd Rafal Trzaskovski Polşanın hərbi xərclərini 2026-cı ilə qədər ÜDM-in 5%-ə çatdırmağa çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə “TVP İnfo” kanalı məlumat yayıb.       

“Hesab edirəm ki, Polşa 2026-cı ildə ÜDM-in 5%-ni müdafiəyə ayırmalıdır” deyə siyasətçi bildirib.        

Rusiya ilə sərhəd Qoldap şəhərində çıxış edən Trzaskovski bütün Avropa İttifaqı üçün oxşar səviyyədə hərbi xərclərin tərəfdarıdır.  

Qeyd edək ki, Polşanın 2025-ci il hərbi büdcəsi təxminən 45 milyard dollardır.  


Günəş Mərd

tag: Polşa, Müdafiə xərcləri, Vətənndaş Koalisiyası,Dünya, Xəbər,todaypress.az,