Polşa "MiQ-29"ları Ukraynaya verməyəcək

Dünya

28.08.2024 09:29

"Polşa 2026-cı ildə gəlməyə başlayacaq yeni qırıcıları alana qədər "MiQ-29"ları Ukraynaya ötürə bilməz". 

TodayPress xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. 

Müdafiə idarəsinin rəisi qeyd edib ki, Polşa Ukraynaya bacardığı hərbi yardımı göstərib. 

O, Polşada ancaq öz ölkəsinin müdafiəsi üçün silahların qaldığını vurğulayıb.

“Yalnız yeni təyyarələr alındıqdan sonra Polşanın hava məkanını qorumaq missiyaları da daxil olmaqla, hazırda istifadədə olan "MiQ-29" kimi köhnə təyyarələri utilizasiya etmək mümkün olacaq. Bundan sonra qərar qəbul edəcəyik” deyə Kosinyak-Kamış bildirib.

Günəş Mərd

tag: Polşa, Ukrayna ,MİQ-29,Vladislav Kosinyak-Kamış , Hava Məkanı, todaypress.az,