Polşa MİQ-29 qırıcılarını Ukraynaya verməkdən imtina etdi
Dünya
31.10.2024 16:00
“Polşanın Sovet MİQ-29 qırıcılarını Kiyevə təhvil verməsi, Şimali Atlantika Alyansının isə Varşavaya kompensasiya ödəyəcəyi sxem üzrə NATO ilə razılaşıb, lakin Polşa hakimiyyəti başqa bir səbəb tapıb və bundan imtina edib”.
TodayPress “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, o, NATO-nun keçmiş baş katibi Yens Stoltenberqlə döyüş təyyarələri ilə bağlı razılığa gəlib, lakin Varşava bundan imtina edib.
O, həmçinin Polşanı Ukrayna üzərində Rusiya raketlərini vurmaqdan imtina etdiyinə görə qınayıb.
Qeyd edək ki, oktyabrın 29-da Polşa prezidenti Anjey Duda bildirib ki, Varşava NATO-dan Polşanın hava məkanının qorunmasına zəmanət almadan MİQ-29 qırıcılarını Kiyevə ötürə bilməyəcək. O, şərtlərdən biri kimi Varşavaya daha müasir təyyarələrin gəlməsini də qeyd edib.
Günəş Mərd
tag: Polşa, NATO,Rusiya, Ukrayna, MİQ-29, todaypress.az,