Polşa Macarıstana çıxış qapısını göstərdi
Dünya
29.07.2024 09:12
Polşa xarici işlər nazirinin müavini Teofil Bartoşevski Macarıstanın Avropa İttifaqı və Şimali Atlantika Alyansından ( NATO ) çıxmasını təklif edib.
TodayPress xəbər verir ki, bu barədə Polşa KİV mətbuat yayıb.
“Həqiqətən başa düşmürəm ki, Macarıstan niyə bu qədər sevmədiyi və ona pis münasibət bəslədiyi təşkilatların üzvü olaraq qalmaq istəyir. Bu, əlbəttə ki, Macarıstanın anti-Avropa, anti-Ukrayna, anti-Polşa siyasətidir” deyə Polşanın XİN rəsmisi bildirib.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban vurğulamışdı ki, Avropa İttifaqı Ukrayna münaqişəsində artıq uduzub. ABŞ-nin bu münaqişədəki rolu zəifləsə, o, nə hərbi əməliyyatların davam etdirilməsini, nə Ukraynanın bərpasını, nə də indiki fəaliyyətini maliyyələşdirə biləcək.
Günəş Mərd
tag: Macarıstan, Orban, Ukrayna, ABŞ, Polşa, todaypress.az,