Polşa “Leopard”ları Latviyaya yerləşdirdi
Dünya
29.11.2024 19:05
Polşaya məxsus “Leopard 2” əsas döyüş tankları Latviyaya yerləşdirilib.
TodayPress xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.
Qeyd olunub ki, bu, Baltikyanı ölkədə yerləşən çoxmillətli NATO briqadasını gücləndirmək üçün edilib.
Latviya ordusunun məlumatına görə, texnika əvvəllər regionda xidmətdə olan Polşanın PT-91 tanklarını əvəz edərək dəmir yolu ilə “Adazi” hərbi bazasına çatdırılıb.
Yerləşdirilən “Leopard 2”lərin dəqiq sayı barədə məlumat verilmir.
Günəş Mərd
tag: Polşa, Leopard 2, Latviya ,NATO, Baltikyanı, PT-91, todaypress.az,