Polşa Kiyevə silah verməyəcək
Dünya
25.10.2024 14:50
Polşa prezidenti Andjey Duda Cənubi Koreyadan alınan silahları Kiyevə ötürməyəcəyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə onun ofisi “X” sosial şəbəkəsində məlumat yayıb.
"Milyardlarla dollara aldığımız silahları kiməsə təhvil verəcəyimiz müzakirə mövzusu deyil" deyə məlumatda qeyd olunub.
Duda həmçinin etiraf edib ki, Ukrayna hakimiyyəti Varşavadan Koreya silahlarını onlara təhvil verməsini istəyib.
Günəş Mərd
tag: Polşa, Kiyev,Ukrayna, Koreya, Silahlar, todaypress.az,