Polşa Hindistanla əlaqələri genişləndirir
Polşa Hindistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək və hərbi texnikanın modernləşdirilməsində iştirak etmək istəyir.
TodayPress “Reuters”ə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
Hindistanın baş naziri Narendra Modi Kiyevə getməzdən öncə Varşavaya səfər edib və burada Ukrayna ilə Rusiya arasında münaqişənin sülh yolu ilə həlli məsələsində öz fikirlərini bölüşüb.
Varşava tərəfi isə Yeni Dehlinin silahlı qüvvələrini Rusiyadan uzaqlaşdıraraq modernləşdirmək və təchizatını diversifikasiya etmək istəyindən yararlanmağa çalışıb.
Töhfə Səməd
tag: Polşa, Hindistan, Dehli, Rusiya, Varşava, todaypress.az,