Polşa, Fransa və Almaniya Gürcüstan rəsmiləri üçün vizasız gediş-gəlişi ləğv etmək niyyətindədir
Dünya
01.01.2025 02:56
Fransa, Almaniya, Polşa Avropa İttifaqının qərarına əsasən, Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslərin ölkəyə vizasız girişinə qadağa tətbiq etmək niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə üç ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında bildirilir.
Bundan əlavə XİN başçıları
həm Aİ səviyyəsində, həm də ölkə daxilində Gürcüstan hakimiyyətinə qarşı digər
tədbirlərin tətbiqini nəzərdən keçirməyi planlaşdırırlar.
tag: Visa,Ləğv, XİN, Aİ,Fransa, Almaniya, Polşa, Gürcüstan, todatypress.az,