Polşa Belarusla sərhəddə yük maşınlarının buraxılışını dayandırdı

Dünya

10.07.2024 21:40

Polşa Belarusla sərhəddəki Kozloviçi keçid məntəqəsində yük maşınlarının buraxılışını dayandırıb.

TodayPress xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, Kozloviçi keçid məntəqəsi Belarusdan gələn yük maşınlarını qəbul etmir.

Gömrük Komitəsi ötən gecə nəzarət-buraxılış məntəqəsində 600-ə yaxın yük maşınının yığıldığını qeyd edib. Hazırda Belarus-Polşa sərhədində yerləşən altı yol-keçid məntəqəsindən dördü Varşavanın təşəbbüsü ilə fəaliyyət göstərmir.

tag: Polşa, Belarus, Sərhəd, Kozloviçi, todaypress.az,