Polşa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına çalışacaq

Dünya

03.01.2025 18:22

Polşa Avropa İttifaqı Şurasına sədrliyi dövründə Azərbaycan-Ermənistan normallaşmasına və Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə töhfə verməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə Polşanın 01.01.2025 – 30.06.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən fəaliyyət proqramında bildirilib. 

Həmçinin sənəddə qeyd olunub ki, bu kimi addımlar Bakı və İrəvanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsi üçün imkanlar yaradacaq.

tag: Polşa,Aİ,Bakı,İrəvan,Todaypress.az,