Polşa Almaniyanın ittihamlarına cavab verdi
Dünya
20.08.2024 16:35
Polşanın Baş naziri Donald Tusk Berlinin Varşavanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin partladılmasında mümkün iştirakı ilə bağlı ittihamlarına cavab verib.
TodayPress bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.
Baş nazir bildirib ki, Almaniya tərəfi üzr istəməli və susmalıdır.
“Şimal axını 1 və Şimal axını 2-nin bütün təşəbbüskarlarına və dəstəkçilərinə səslənirəm: Bu gün etməli olduğunuz yeganə şey üzr istəmək və susmaqdır” deyə Tusk bildirib.
O, əlavə edib ki, bu mövzuda uzun-uzadı danışmaq, eləcə də sərt ifadələr işlətmək istəmir.
Günəş Mərd
tag: Polşa, Baş Nazir,Donald Tusk,Berlin,todaypress.az,