Polşa Aİ-nin miqrantlarla bağlı təkliflərini dəstəkləməyəcək

Dünya

12.10.2024 15:50

1389

Polşa hakimiyyəti miqrantların köçürülməsi ilə bağlı Avropa paktını dəstəkləməyəcək. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin Baş naziri Donald Tusk bildirib. 

Avropa İttifaqının təklif etdiyi miqrasiya paketindən danışan Tusk bildirib ki, bu məsələ ilə bağlı Aİ-dən tənqidlər olsa belə, Polşa hakimiyyəti öz sərhədlərinin təhlükəsizliyini gücləndirəcək. 

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası kvota sisteminə əsaslanan miqrasiya və sığınacaqla bağlı yeni saziş təklifi irəli sürüb. Plan bir sıra ölkələr, xüsusən də Macarıstan və Polşa tərəfindən tənqid edilib və miqrantların qəbul edilməsi tələbinə strateji səhv kimi etiraz ediblər. 

Günəş Mərd

tag: Polşa,Miqrant,Avropa İttifaqı,Tusk,Todaypress.az,