Polşa ABŞ-dən 850 milyon dollara raket alacaq
Dünya
10.08.2024 14:27
Polşa raket alışı ilə bağlı ABŞ ilə müqavilə bağlayıb. Sazişin dəyəri 850 milyon dollardır.
TodayPress xəbər verir ki, bu barədə “DW” nəşri məlumat yayıb.
Polşanın Silahlanma Agentliyi bildirib ki, Varşava ABŞ hökuməti ilə bir neçə yüz “AIM-120C AMRAAM” raketinin tədarükü üzrə müqavilə imzalayıb. Bunlar “hava-hava” tipli raketlərdir. Polşanın sifariş etdiyi raketlərin dəqiq sayı açıqlanmır.
Tədarük 2029-cu ildən 2033-cü ilə qədər həyata keçiriləcək. Raketlər Polşa ordusunun arsenalında olan təyyarələrə quraşdırılacaq.
“Apache”lərin Polşanın sovet dövründən qalma köhnə helikopterləri əvəz edəcəyi gözlənilir.
tag: Polşa, ABŞ, Silahlanma, Varşava, Raketlər, todaypress.az,