Polşa "Abrams" tanklarının ilk partiyasını aldı

Dünya

19.01.2025 15:10

Polşa ABŞ istehsalı olan "Abrams" tanklarının ən yeni M1A2SEPV3 veriyalarının ilk partiyasını alıb. 

TodayPress xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib. 

Onun sözlərinə görə, ilk partiya 28 ədəd texnikadan ibarətdir.

Əvvəlcə tanklar sınaqdan keçiriləcək, sonra isə Polşa ordusuna göndəriləcək.

Xatırladaq ki, 2022-ci ilin avqustunda Amerikanın "General Dynamics" müdafiə konserni Varşavanın M1A2SEPV3-ün son versiyasının 250 "Abrams" tankının tədarükü üçün Vaşinqtonla müqavilə imzaladığını  elan etmişdi. Maşınların ümumi dəyəri 1,1 milyard dollar qiymətləndirilirdi. Amerika tanklarının 18-ci Mexanikləşdirilmiş Diviziya və 1-ci Varşava Tank Briqadasına təhvil veriləcəyi və tədarükünün 2026-cı ilə qədər başa çatdırılacağı güman edilir.

Nicat Osman

tag: Abrams tankları,Polşa,ABŞ,X,Todaypress.az,