Polşa 2027-ci ildən artilleriya sursatları istehsal edə biləcək
Dünya
17.09.2024 00:58
“Polşada 2027-ci ilə qədər 155 mm-lik artilleriya sursatının istehsalı qurula bilər”.
TodayPress xəbər verir ki, bunu “Rzeczpospolita” qəzetinə
müsahibəsində “Polska Amunicja” şirkətlər qrupunun, “Grupa WB”nin prezidenti
Petr Voyçexovski deyib.
Onun sözlərinə görə, mərmilərin istehsalı üçün “Polska
Amunicja” ilə Silahlar Agentliyi arasında müqavilə imzalanmalıdır.
O, əlavə edib ki, rəhbərlik etdiyi “Grupa WB” və “Ponar
Wadowice” şirkəti bir neçə müəssisənin konsorsiumdan çıxmasına baxmayaraq,
sursat zavodunun tikintisi layihəsini davam etdirmək qərarına gəlib.
tag: Polşa, Silah, Grupa WP,“Polska Amunicja,todaypress.az,