Polşa 2025-ci ildə müdafiəyə rekord məbləğdə vəsait xərcləyəcək
Polşa parlamentinin Milli Müdafiə Komitəsi
47 milyard ABŞ dollarından çox məbləğdə olan 2025-ci il üçün müdafiə büdcəsi
layihəsini təsdiqləyib ki, bu da ölkə ÜDM-nin 4,7 %-dən çoxunu təşkil edəcək.
TodayPress xəbər verir ki, bu barədə Polşa Müdafiə
Nazirliyi yanında Hərbi Nəşriyyat İnstitutu (Wojskowy Instytut Wydawniczy, WIW)
məlumat yayıb.
“18 nəfər layihənin lehinə səs verib, 11 nəfər isə
bitərəf qalıb, heç kim layihənin əleyhinə olmayıb. Bu, 2025-ci ilin büdcə
layihəsinə müsbət rəy verilməsi ilə bağlı parlamentin Milli Müdafiə komitəsinin
oktyabrın 17-də keçirdiyi səsvermənin nəticəsidir” məlumatda deyilir.
Milli müdafiə nazirinin müavini Stanislav Vzetek
planlaşdırılmış xərcləri komissiya üzvlərinə təqdim edərkən nəzərdən keçirilən
büdcənin rekord məbləğdə olduğunu vurğulayıb.
O xatırladıb ki, 2022 və 2023-cü illərdə müdafiəyə
müvafiq olaraq 137,1 milyard zloti və 158,8 milyard zloti xərclənib. Vzentekin
sözlərinə görə, gələn il üçün nəzərdə tutulan 186,6 milyard zlotıya (47,3
milyard ABŞ dolları - red.) dövlət büdcəsində nəzərdə tutulan və Silahlı
Qüvvələrə Dəstək Fondunda ehtiyatda saxlanılan vəsaitlər aiddir və bütün bunlar
ümumilikdə ölkə ÜDM-inin 4,7 %-ni təşkil edir.
“Bunlar Silahlı Qüvvələrin qarşısında duran vəzifələrlə
bağlı əsas məqsəd və prioritetlərin həyata keçirilməsini təmin edəcək
tədbirlərdir” nazir müavini vurğulayıb.
Qeyd edək ki, Polşanın 2024-cü il büdcəsində müdafiə
xərcləri 118 milyard zloti (təxminən 29,9 milyard ABŞ dolları) məbləğində
nəzərdə tutulub və bu, ÜDM-in 3,1 %-ni təşkil edir. Eyni zamanda, NATO-nun
hesablamalarına görə, bu il ölkənin faktiki müdafiə xərcləri ölkə ÜDM-inin 4,12
%-ni təşkil edib.
tag: Polşa, Hərbi, ABŞ, NATO, ÜDM, todaypress.az,