Polşa 1 milyard dollarlıq zirehli maşınlar almağı planlaşdırır

Dünya

17.12.2024 17:04

Polşa təxminən 4,3 milyard zlota (1 milyard dollardan çox) dəyərində 80 ədəd “Rosomak” zirehli döyüş maşınları alacaq. İmzalanmış müqavilə çərçivəsində zirehli döyüş maşınlarının 2027-2028-ci illərdə tədarükü planlaşdırılır.

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, bunu Polşanın baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

"Bu gün biz 80 ədəd “Rosomak” alırıq, iyulda 58 ədəd sifariş edilib. 2024-cü ildə 130 “Rosomak-L” zirehli döyüş maşını alınıb” o, qeyd edib.

tag: Müqavilə, Dollar, Polşa ,Zirehli ,todaypress.az,