"Politico": Trampın Si Cinpinlə görüşməyi risklidir

Dünya

21.04.2025 19:15

5

ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə görüşmək istəyi Pekinlə Vaşinqton arasında mümkün ticarət razılaşmasının əldə olunmasını çətinləşdirə bilər. 

TodayPress xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Məlumata görə, Çin tərəfi danışıqların sakit və qapalı şəkildə aparılmasına üstünlük verir, lakin Trampın görüşü ictimailəşdirmək arzusu prosesi daha çox şouya çevirə bilər. 

Xatırladaq ki, aprelin 2-də Tramp idxal tariflərini yenidən nəzərdən keçirib və 185 ölkəyə qarşı yeni sistem tətbiq edib. Çin üçün bu rüsumlar 34%-ə qədər yüksəlib. Cavab olaraq Pekin də ABŞ məhsullarına eyni səviyyədə – 34% gömrük rüsumu tətbiq edib.

Türkan İsgəndərli

tag: ABŞ ,Donald Tramp,Çin,Si Cinpin,todaypress.az,