Politico: “Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək”

Dünya

21.10.2024 11:22

Macarıstanın ilin sonunda Avropa İttifaqı (Aİ) Şurasının sədri postunu tərk etməsindən və Polşanın bu vəzifəni üzərinə götürməsindən sonra Aİ Rusiyaya qarşı sanksiya siyasətini sərtləşdirmək niyyətindədir.

TodayPress xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Varşava artıq qitəyə gələn Rusiya yanacağına nəzarəti gücləndirmək üçün Aİ-dəki altı aylıq rəhbərliyindən istifadə etmək istədiyini açıqlayıb. 

“Politico”nun məlumatına görə, Finlandiya, Fransa, Çexiya, İsveç və üç Baltikyanı ölkə də daxil olmaqla 10 ölkə birgə bəyanat yayaraq, Aİ-nin son vaxtlar Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını artırdığını və bu təbii qaz tədarükçülərinin indi lazımi səviyyədə olmadığını qeyd edib. 

Töhfə Səməd

tag: Macarıstan, Avropa İttifaqı, Finlandiya, Fransa, Rusiya, todaypress.az,