“Politico”: Pentaqonda xaos hökm sürür
ABŞ Müdafiə Nazirliyində (Pentaqonda) “tam xaos”un hökm sürdüyünü bildirən keçmiş mətbuat katibi Conatan Elliot, hazırkı müdafiə naziri Pit Heqsetin vəzifəsində uzun müddət qalmasının çətin olduğunu qeyd edib.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Elliotun sözlərinə görə, Pentaqonda vəziyyət kütləvi istefalar və gizli məlumatların sızması ilə bağlı qalmaqallar fonunda daha da gərginləşib.
Bu durum prezident Donald Trampın fəaliyyətinə də mənfi təsir göstərib, çünki Tramp yüksəkvəzifəli məmurlardan ciddi hesabat tələb edən lider kimi tanınır.
“Bütün bunları nəzərə alaraq, müdafiə naziri Pit Heqsetin vəzifəsində uzun müddət qalacağını təsəvvür etmək çətindir” deyə Elliot bildirib.
Onun sözlərinə görə, son bir ay ərzində Pentaqonun diqqəti hərbi əməliyyatlardan daha çox daxili böhranlara yönəlib.
Qiymət Mahir
tag: Pentaqon,ABŞ,Tramp,Xaos,Todaypress.az,