“Politico”: Kanada Avropa İttifaqına üzv ola bilər, amma…

Dünya

21.04.2025 15:54

6

Kanadanın Avropa İttifaqına (Aİ) üzv olması ehtimalı rəsmi qaydada az görünsə də, müəyyən şərtlərlə bu mümkün sayılır. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” yazıb. 

Ekspertlər qeyd edirlər ki, Kanada bir çox cəhətdən Aİ-nin dəyərlərinə və institutlarına bəzi namizəd ölkələrdən daha yaxındır.

Mart ayında keçirilən “Abacus Data” sorğusuna əsasən, kanadalıların 44%-i ölkələrinin Aİ-yə daxil olmasını dəstəkləyir, 34%-i isə bu fikrə qarşıdır.

Avropa Komissiyasının sözçüsü Paola Pinonun sözlərinə görə, Aİ-yə yalnız “Avropa ölkələri” üzv ola bilər.

Lakin “Avropa dövləti” anlayışının hüquqi cəhətdən dəqiq tərifi yoxdur və bu, qitə sərhədləri ilə məhdudlaşmır.

Aİ üzvü olan bir sıra ölkələrin Karib, Sakit okean və Arktika bölgələrində yerləşən əraziləri də bu çərçivəyə daxildir. 

Qiymət Mahir

tag: Kanada,Avropa İttifaqı,Üzvlük,Şərtlər,Todaypress.az,