Politico: Kanada Aİ-yə üzv ola bilər

Dünya

21.04.2025 13:34

5

Kanadanın Avropa İttifaqına (Aİ) üzv olması ehtimalı az da olsa, mümkündür. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” ekspertlərin fikrinə əsaslanaraq məlumat yayıb. 

Mart ayında keçirilən sorğuya görə, kanadalıların 44%-i ölkənin Aİ-yə qoşulmasını dəstəkləyir, 34%-i isə əleyhinədir.

Avropa Komissiyası bildirib ki, hazırda Aİ-yə yalnız Avropa ölkələri üzv ola bilər. 

Bəzi ekspertlər Kanadanın Avropa dəyərlərinə və institutlarına yaxın olduğunu desə də, digər mütəxəssislər coğrafi və iqtisadi səbəblərə görə bu addımın çətin olduğunu qeyd edir.

Aİ-yə üzv olmaq üçün Kanada ABŞ ilə gömrük sərhədi yaratmalı və Amerika mallarına tariflər tətbiq etməlidir ki, bu da iqtisadiyyata zərər verə bilər. 

Qeyd edək ki, hazırda Aİ-yə üzv olmaq istəyən 9 namizəd ölkə var:

Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro. Aİ həmçinin Kosovonu namizəd ölkə kimi tanıyır. 

Türkan İsgəndərli

tag: Kanada,Avropa İttifaqı,Üzv,Açıqlama,Todaypress.az,