"Politico": ABŞ Ukraynaya təzyiq göstərir
ABŞ prezidenti Donald Trampın administrasiyası öz alternativ sülh planını irəli sürərək Kiyevə təzyiq göstərib.
TodayPress xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyası Kiyevə “al, ya da get” prinsipinə əsaslanan bir plan təqdim edib.
Plan Ukraynanın mövcud müharibə vəziyyətindən çıxmasına yönəldilsə də, Kiyev üçün qəbuledilməz şərtlər ehtiva edir.
Bildirilir ki, bu inkişaflar fonunda Fransa və Böyük Britaniyanın irəli sürdüyü 30 günlük atəşkəs təklifi diqqətdən kənarda qala bilər.
Türkan İsgəndərli
tag: ABŞ,Ukrayna,Təzyiq,Rusiya,Todaypress.az,